Qana doymayan İsrail bir gündə 100 fələstinlini şəhid etdi

Qana doymayan İsrail bir gündə 100 fələstinlini şəhid etdi

Sionist İsrailin fələstinlilərə qarşı hava hücumları 422 gündür ki, davam edir. Qatil İsrail ordusunun Qəzza zolağında son 24 saatda həyata keçirdiyi hücumlarda 100-ə yaxın fələstinli şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal AA-ya verdiyi açıqlamada bildirib:

"İsrailin Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi qırğınlarda 100-ə yaxın fələstinli şəhid oldu".

Basal İsrail ordusunun Cibaliya Qaçqınlar Düşərgəsinin Tel əz-Zatər rayonunda 40-dan çox insanın yaşadığı "Arac" ailəsinə məxsus evi bombaladığını bildirib.

Sionist İsrail ordusunun mülki müdafiə qrupları və səhiyyə işçilərini hədəf almağa davam etdiyinə işarə edən Basal, Qəzza zolağının şimalında işlərini dayandırmalı olduqlarını və orada minlərlə insanın humanitar və tibbi yardımdan məhrum olduğunu vurğulayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 382 fələstinli şəhid olub, 105 min 142 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR