Qalibaf: İran danışıqlara sadiq idi, lakin sionist rejimin təcavüzü müzakirə masasını dağıtdı

Qalibaf: İran danışıqlara sadiq idi, lakin sionist rejimin təcavüzü müzakirə masasını dağıtdı

İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Cenevrədə keçirilən konfransda bildirib ki, İran ədalətli bir danışıqlar tərəfdarı olub, lakin qarşı tərəf hərbi hücumla müzakirə masasını devirdi.

Az.rasthaber.com xəbər verir ki, Cenevrədə keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransında iştirak edən Qalibaf çıxışında çoxtərəfliliyin məqsədli şəkildə zəiflədildiyini və beynəlxalq institutların nüfuzuna zərbə vurulduğunu qeyd edib. O bildirib ki, İran İslam Respublikası diplomatiyaya tam sadiq qalmasına baxmayaraq, ABŞ-nin dəstəyi ilə sionist rejimin açıq-aşkar hərbi təcavüzünə məruz qalıb.


Məclis sədri vurğulayıb ki, bu hücum siyasi danışıqların ortasında baş verib və nəticədə 1100-dən çox İran vətəndaşı şəhid olub. Onun sözlərinə görə, İran öz torpağını və xalqını qətiyyətlə müdafiə edib.

İran İslam Şurası Məclisinin sədri qeyd edib: bu hücumlar zamanı bizim sülhməramlı nüvə obyektlərimiz hədəfə alındı – obyektlər ki, daim Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılırdı. Agentlik bu qeyri-qanuni hərəkəti qınamaqdan belə boyun qaçırdı və bununla bu hücuma legitimlik qazandıraraq, nüvə silahlarının yayılmamasına dair siyasətə son qoydu.
Qalibaf Qəzzanın bu gün insanlığa qarşı cinayətlərin muzeyi və kütləvi qırğın texnologiyalarının sınaq laboratoriyasına çevrildiyini vurğulayaraq xatırlatdı: Qəzzada baş verən soyqırıma qarşı seyirçi qalmaq olmaz, gec olmadan XXI əsrin nasilərinin qarşısı alınmalıdır.

O, sionistlərin aclıq və qıtlığı kütləvi qırğın silahı kimi istifadə etdiklərini vurğulayaraq dedi: Qəzzalı ac uşaqların yayılan görüntüləri bütün bəşəriyyət üçün rüsvayçılıqdır.

Xəbəri paylaş

VİDEOLAR