Qalibaf: “Hizbullah” Livanın təhlükəsizliyinin təminatçısıdır

Qalibaf: “Hizbullah” Livanın təhlükəsizliyinin təminatçısıdır

“Hizbullah” hərəkatı Livanın təhlükəsizliyi və ərazi bütövlüyünün təminatçısıdır.

Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

“Şəhid Seyid Həsən Nəsrullah və şəhid Haşim Səfiuddinin görkəmli və tarixi cənazə mərasimi müqavimət cəbhəsinin birliyini və “Hizbullah”ın artan gücünü nümayiş etdirdi”, – deyə o bildirib.

“Şəhid Seyid Həsən Nəsrullah parlaq günəş kimi sevənlərinin üzərində parladı və dünyaya “zülmə, işğala və sionist qəsbkarların cinayətlərinə qarşı müqavimət bir düşüncədir, düşüncə və fikir isə cinayət və terror vasitəsilə yox edilə bilməz” mesajını verdi”, – deyə Qalibaf əlavə edib.

O vurğulayıb ki, “Hizbullah” Livanın milli gücünün bir hissəsidir və bu hərəkat ölkənin təhlükəsizliyi ilə ərazi bütövlüyünün təminatçısıdır.

Qalibaf əlavə edib ki, “Hizbullah”ın prioriteti Livana qarşı istənilən xariri qüvvənin müdaxiləsinin qarşısının alınması və Livanın maraqlarının qorunmasıdır.

“İran İslam Respublikası da Livanın təhlükəsizliyi, sabitliyi və inkişafı üçün ölkənin daxili birliyini lazımlı bilir və Livan hökumətinin, məclisinin və müqavimətinin əldə edəcəyi hər razılaşmanı dəstəkləyir”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR