Qalibaf: ABŞ-nin hiyləgərlik və səmimiyyətsizliyindən hər kəs dərs almalıdır

Qalibaf: ABŞ-nin hiyləgərlik və səmimiyyətsizliyindən hər kəs dərs almalıdır

İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf bəyan edib ki, bütün ölkələr, xüsusilə də İslam dünyasının rəhbərləri və ziyalıları ABŞ-nin hiyləgər və qeyri-səmimi davranışlarından dərs çıxarmalıdırlar.

Az.rasthaber.com xəbər verir ki, İran parlamentinin məlumatına əsasən, Qalibaf bu sözləri Oman Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal əl-Mauliyə ilə görüşündə səsləndirib. O, Oman kralı və xalqının İrana qarşı yönəlmiş ABŞ və sionist rejimin cinayətlərini qətiyyətlə pislədiklərinə görə təşəkkürünü bildirib.

 

Qalibaf deyib:

 

“Hamı ABŞ-nin əsl üzünü gördü. Beş dəfə danışıqlar baş tutdu, altıncı raund başlamamış, İrana qarşı açıq təcavüz baş verdi. Bu, onu göstərdi ki, ABŞ nə qədər etibarsız və riyakardır. İslam dünyasının ziyalıları və rəhbərləri bu reallığı dərk etməli və ABŞ kimi bir fitnə mənbəyinin qarşısında necə davranmalı olduqlarını anlamalıdırlar.”

 

O əlavə edib:

 

“Sionist rejim və ABŞ gücdən başqa bir dili anlamır. Lakin bizim dini inancımız və islami qeyrətimiz bizə imkan vermir ki, zorbalıq qarşısında geri çəkilək.”

 

Qalibaf vurğulayıb ki, sionist rejim İslam Respublikasının alimlərini və hərbi komandirlərini terrorla hədəfə alıb, bu isə dövlət terrorizminin açıq nümunəsidir.

 

O daha sonra bildirib:

 

“İranın raket zərbələri həm hərbi gücümüzü və dəqiqliyimizi, həm də sionist rejiminin nə qədər zəif olduğunu nümayiş etdirdi. Beer-Şevada baş verənlər buna əyani sübutdur. Elə bu səbəbdən də amerikalılar dərhal atəşkəsin və hücumların dayandırılması fikrinə düşdülər.”

 

Qalibaf yekun olaraq qeyd edib:

 

“Mövcud məlumatlara əsasən, müsəlmanlar və ədalətsevərlər – hansı dinə və məzhəbə mənsub olmalarından asılı olmayaraq – İranın cavab əməliyyatını rəğbətlə qarşıladılar. Bu, İslam ölkələri üçün böyük bir dərsdir: biz öz izzətimizi, dinimizi və torpağımızı hər cür təcavüzə qarşı qorumağa borcluyuq.”

Xəbəri paylaş

VİDEOLAR