Qabonun devrilmiş prezidentinə ölkəni tərk etmə icazəsi verilib

Qabonun devrilmiş prezidentinə ölkəni tərk etmə icazəsi verilib

Ev dustaqlığında olan Qabonun devrilmiş prezidenti Əli ben Bonqo Ondimbanın xaricə səfər imkanı yaranıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Qabonun keçid prezidenti, general Bris Oliqa Nguemanın bəyanatında deyilir.

"Əli ben Bonqo Ondimba hərəkətlərində sərbəstdir və istəsə xaricə də səyahət edə bilər".

Avqustun 30-da Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya ilə hakimiyyəti ələ aldıqlarını elan etdilər.

Üsyanda Oliq Nguemanın başçılıq etdiyi Respublika Qvardiyasının üzvləri, ordu, təhlükəsizlik və polis əməkdaşları iştirak ediblər.

Xəbəri paylaş

VİDEOLAR