Qaani İslami Cihad lideri ilə Fələstini müzakirə etdi

Qaani İslami Cihad lideri ilə Fələstini müzakirə etdi

İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı İran İslam Respublikasının Fələstin xalqı və amallarına dəstəyini vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilab Keşikçilər Korpusunun Qüds briqadasının komandanı General Mayor İsmayıl Qaani dünən gecə Fələstin İslami Cihad Hərəkatının baş katibi Zəyad Ənnəxalə ilə telefon danışığında deyib: "İran İslam Respublikası düşmənlərin məkirli planları, eləcə də Amerikanın əsrin sövdələşməsi planı ilə mübarizədə Fələstin xalqına dəsətk verir". 

General Qaani amerikalıların General Leytenant Qasim Süleymanini terror etməkdə məqsədinin əsrin sövdələşməsi planını elat etmək üçün zəmin yaratmaq olduğunu bildirərək deyib: "Şəhid Süleymaninin terror edilməsindən sonra İranın Fələstindəki müqavimət qüvvələrinə dəstək mövqeyi daha da möhkəmlənəcəkdir." 

Fələstin İslami Cihad Hərəkatının baş katibi də İran İslam Respublikasının Fələstin məsələsindəki mövqeyini yüksək qiymətləndirərək deyib: "Fələstin xalqı və müqavimət qrupları əsrin sövdələşməsini və fələstinlilərin tarixi haqqını tapdalamaq istəyən hərhansı başqa məkirli planı məhv edəcəklər."

Qaani daha sonra HƏMAS lideri İsmayıl Haniyə ilə də telefon əlaqəsi yaradaraq Fələstin müqavimətinə dəstəyini nüşayiş etdirib. 

Xəbəri paylaş

VİDEOLAR