Putinlə Səudiyyə Ərəbistanı şahzadəsi arasında telefon danışığı olub

Putinlə Səudiyyə Ərəbistanı şahzadəsi arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qlobal neft bazarının sabitliyi üçün OPEC+ çərçivəsində koordinasiya səviyyəsindən məmnunluq ifadə olunub.

"Ticarət-iqtisadi, investisiya və enerji sahələrində qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə baxılıb”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR