Putinin Suriya üzrə xüsusi nümayəndəsi Əsədlə görüşdü

Putinin Suriya üzrə xüsusi nümayəndəsi Əsədlə görüşdü

Rusiya rəsmiləri Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

İki tərəf bu görüşdə terror qruplarının təhlükəsiz bölgələrə qarşı hücumlarının davam etməsi sayəsində Hələb və İdlib vilayətlərinin durumu, eləcə də Suriya ordusunun bu hücumlarla mübarizə üzrə əməliyyatı barədə fikir mübadiləsi aparıb.

Əsəd və rus rəsmilər bu görüşdə Suriyada terrorizm mərkəzlərinin məhv edilməsinə təkid ediblər.

İki tərəf habelə Suriyadakı siyasi prosesi araşdırıb. Onlar bu ölkənin konstitusiya komitəsinin hər cür xarici müdaxilədən və ya bəzi tərəflərin siyasətbazlıqlarından uzaq  fəaliyyətini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR