“Mtavari Arxi” televiziya kanalının jurnalisti Georgi Qabuniya erməniləri təhqir edib.
“Mtavari Arxi” televiziya kanalının jurnalisti Georgi Qabuniya erməniləri təhqir edib.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, o, gürcülərin genetik kodunun koronavirusa qarşı daha dayanıqlı olduğunu açıqlayıb və qeyd edib ki, bu barədə erməni alimlərin fikirlərini eşitmək istərdi.
O Ermənistanda virusdan ölənlərin sayını deyərək ermənilərin genetikasından olduğunu bildirib.
“Bizim qonşumuzun hansı genetik qrupa aid olduğu məni çox maraqlandırır. Əminəm ki, onların DNK-sı bizlərdən daha güclü olacaq və birbaşa koronavirusu məhv edəcək (Gülərək deyib). Bunun üçün onlara nə vaksin, nə də dərman lazım olacaq”, - deyə tanınmış aparıcı erməniləri ələ salıb.
Qabuniya həmçinin ermənilərə məsləhətlərdə verib.
Xatırladaq ki, 2019-cu ilin iyulunda Gürcüstanın “Rustavi 2” kanalının aparıcısı olan Georgi Qabuniya Rusiya rəhbərliyinə qarşı səsləndirdiyi senzurasız fikirlərlə məşhurlaşıb.