Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri oxşardır və buna görə də onlar ən dolaşıq vəziyyətlərin belə həllini tapa bilirlər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, Vladimir Putin danışıqlar zamanı konkret suallar soruşur və “dediyi şeyi nəzərdə tutur”, sonra isə gecikdirmədən sözünü yerinə yetirir.
“Putin və Ərdoğan bu planda bir-birinə oxşayır və buna görə də çox-çox mürəkkəb vəziyyətlər üçün həll tapa bilirlər”, – deyə o qeyd edib. Peskovun sözlərinə görə, bu, Suriya probleminə də aiddir.
“Onların hər ikisi öz sözünün cavabdehidir, hər ikisi vəziyyətə nəzarət edir, hər ikisi məsuliyyətli və sürətli qərarlar qəbul edə bilirlər”, – deyə o bildirib.