Putin və Bin Salman qarşılıqlı əməkdaşlığı müzakirə ediblər

Putin və Bin Salman qarşılıqlı əməkdaşlığı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Bin Salman 24 iyunda Rusiyada baş verən Vaqner böhranı ilə bağlı Rusiya rəhbərliyinin konstitusiya quruluşunu qorumaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirləri dəstəklədiklərini bildirib.

Görüşdə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin müzakirə edildiyi bildirilib.

Putin bu görüşdə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə və Səudiyyə Ərəbistanı xalqına Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.

Xəbəri paylaş

VİDEOLAR