Əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji xarakterli təhdid yaradarsa, Rusiyanın zərbələri ildırım sürətli olacaq.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Bizdə bununla bağlı bütün qərarlar qəbul edilib“, - deyə o qeyd edib.
Putin bildirib ki, Rusiyanın bunun üçün bütün alətləri və vasitələri var və heç kəs hazırda həmin vasitələrlə lovğalana, öyünə bilməz.
“Biz isə öyünməyəcəyik. Biz, lazım olarsa, onları istifadə edəcəyik. Və istəyirəm ki, hər kəs bu barədə bilsin“, - deyə o vurğulayıb.
Bundan başqa, Rusiya prezidenti deyib ki, ölkəsi bütün təhdid və meydanoxumalarına layiqli şəkildə cavab verəcək.
“Rusiya bütün ən mürəkkəb meydanoxumalar və təhdidlərə layiqli şəkildə cavab verəcək, bütün sınaqlardan qətiyyətlə keçəcək. Həmişə bu cür olub, indi də belə olacaq“, - deyə o əlavə edib.