Putin təlimlərdə ölən naziri təltif etdi - VİDEO

Putin təlimlərdə ölən naziri təltif etdi - VİDEO

Putin fövqəladə hallar naziri Yevgeni Ziniçevi təltif edib.

Rusiya Prezidenti Vladimir Putin dünən təlimlər zamanı həlak olmuş fövqəladə hallar naziri Yevgeni Ziniçevi təltif edib.

 

Rasthaber Azərbaycan "Pravda"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat Xidməti yayıb. Bildirilir ki, Putin Ziniçevə ölümündən sonra “Rusiya Qəhrəmanı” adı verib.

 

Qeyd edək ki, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev dünən Norilskdə təlimlər zamanı suya düşən rejissor Aleksandr Melniki xilas etmək istərkən həlak olub.

Xəbəri paylaş

VİDEOLAR