Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri çərçivəsində İran və Türkiyə ilə siyasi dialoq, ticari-iqtisadi münasibətlər də daxil olmaqla ikitərəfli əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparacaq.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Vladimir Putin Tehrana səfəri çərçivəsində iranlı həmkarı İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq, həmçinin ali dini lider Ayətullah Əli Xameneini ziyarət edəcək.
“Əlbəttə bizim ikitərəfli əlaqələri, ilk növbədə İran və Türkiyə ilə ticari və iqtisadi əlaqələri, bu iki ölkə ilə siyasi dialoqun davam etdirilməsinin perspektivlərini və bütün metodlarını müzakirə etmək fürsətimiz olacaq”, - deyə Peskov bildirib.
Peskov dövlət başçılarının görüşünün regional və beynəlxalq məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb.