Putin səssizliyini pozdu: Qarabağdakı münaqişə...

Putin səssizliyini pozdu: Qarabağdakı münaqişə...

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Qarabağdakı vəziyyəti şərh edib.

Rasthaber TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Qarabağdakı vəziyyəti şərh edib.

O, Qarabağdakı hadisələri “faciə” adlandırıb və olduqca mütəəssir olduğunu deyib.

Bu, faciədir. Biz olduqca narahatıq, çünki Azərbaycan və Ermənistan və Dağlıq Qarabağ – bunlar hamısı bizim üçün yad olmayan insanların yaşadığı ərazilərdir”, – deyə o bildirib.

Putin qeyd edib ki, Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır.

Rusiya prezidenti Qarabağda hər iki tərəfdən insanların öldüyünü və “münaqişənin yaxın zamanda bitəcəyinə” ümid etdiyini əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR