Putin: Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir

Putin: Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir

Avrasiya İqtisadi Birliyi ölkələrinin qarşılıqlı ticarətində milli valyutalarla hesablaşmaların payı 75%-ə çatıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib.

"Biz milli ödəniş sistemlərinin və bank kartlarının uyğunlaşdırılması və qarşılıqlı istifadəsi üzərində işi davam etdirəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya qlobal iqtisadi arenadan çıxmaq fikrində deyil və sanksiyalar hamıya təsir edir, inkişaf etmiş ölkələrdə 40 ildir ki, belə inflyasiya olmayıb. O bildirib ki, Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir.

Xəbəri paylaş

VİDEOLAR