Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa ölkələrinin Rusiya neftinə yüksək qiymət təyininə cavab olaraq sərəncam imzalayıb.
Az.rasthaber.com xəbər verir ki, Rusiya hökuməti başçısının fərmanına əsasən, Rusiya neftinin qiymətinin yuxarı həddinin müəyyən edilməsində iştirak etmiş ölkələrə Rusiya neftinin və neft məhsullarının tədarükü və satışı qadağandır.
Qeys edək ki, Putinin fərmanı 2023-cü ilin iyulun 1-dən qüvvəyə minəcək.
Dekabrın ortalarında Avropa Komissiyası bəyanat yayaraq, 7-lik qrupu ölkələri, Aİ-yə üzv ölkələr və Avstraliyanın dekabrın 5-dən etibarən Rusiya dəniz neftinin qiymətini 60 dollar/barellə məhdudlaşdırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Yeddilik Qrupuna İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir.
Rusiya neftinin dünya bazarlarında satışı üçün qiymət tavanının müəyyən edilməsi Ukraynanın müttəfiqlərinin Rusiyanın valyuta gəlirlərini azaltmaq üçün atdığı son addımdır.