Rusiya təcrid olunmaq niyyətində deyil.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan deyib.
“Biz təcrid olunmaq fikrində deyilik. Müasir dünyada isə kimisə sərt təcrid etmək ümumiyyətlə mümkün deyil. Rusiya kimi çox böyük ölkəni isə əsla mümkün deyil“, - deyə o qeyd edib.
Putin deyib ki, 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilmiş ilk məhdudiyyətlər kənd təsərrüfatının inkişafına və ixrac həcminin artmasına səbəb oldu.
“Biz qarşılıqlı əlaqə qurmaq istəyən həmkarlarımızla işləyəcəyik“, - deyə Rusiya prezidenti əlavə edib.