Putin: Rusiya heç kimi təhdid etmir

Putin: Rusiya heç kimi təhdid etmir

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib

"Rusiya bütün tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsinə açıqdır. Rusiya heç kimi təhdid etmir."

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Rusiya Prezidenti qeyd edib ki, dünya düzəninin prinsipləri barədə ciddi söhbət etməyin vaxtı çatıb: "Siyasi iradə, müdriklik və cəsarət göstərmək lazımdır. BMT-ni təsis edən ölkələr nümunə olmalıdır. Beş böyük nüvə dövləti dünyada sabitliyin saxlanılması üçün yeni yanaşmalar hazırlamalıdır. Rusiya bütün tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsinə açıqdır. Rusiya heç kimi təhdid etmir, heç kimə öz iradəsini tətbiq etmir. Nüvə silahı tarixində ilk dəfə biz heç kimin arxasınca getmirik, əksinə, digər aparıcı ölkələr hələ Rusiyada mövcud olan silahları yaratmalıdırlar".

O, həmçinin qeyd edib ki, ölkənin müdafiə qabiliyyəti hələ bundan sonrakı onilliklər üçün də təmin olunub.

Xəbəri paylaş

VİDEOLAR