Putin Qurandan danışdı

Putin Qurandan danışdı

Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

Rasthaber Azərbaycan xəbər verir ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

“Hər bir müsəlman üçün əhəmiyyət kəsb edən bu bayram möminliyin, ədalətliliyin və mərhəmətin, qohumlara və yaxınlara sevginin yüksək dini ideallarına sədaqət simvoludur. Bunların (hamısı) müqəddəs Quranın əsasını təşkil edir”, – deyə o bildirib.

“Qeyd edim ki, əsrlərlə davam edən İslam ənənələrini qoruyub saxlayan müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunub saxlanılmasına böyük töhfə verirlər, cəmiyyətdəki millətlərarası həmrəyliyin möhkəmlədilməsinə səbəb olurlar”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR