Putin Qərbin qurduğu birqütblü dünyanı “antidemokratik” və “ikiüzlü” adlandırıb

Putin Qərbin qurduğu birqütblü dünyanı “antidemokratik” və “ikiüzlü” adlandırıb

Rusiya prezidenti Vladimir Putin Qərbin qurduğu birqütblü dünyanı “antidemokratik” və “ikiüzlü” adlandırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Putin bunu  Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə dair çıxışı zamanı deyib. 

"Bütün birqütblü dünya nizamı mahiyyət etibarı ilə anti-demokratikdir və azad deyil, hiyləgər və ikiüzlüdür", deyə dövlət başçısı qeyd edib. 

O, həmçinin bildirib ki, Qərb demokratiya əvəzinə istismar və əsarətdən istifadə edir. 

Bundan əlavə, Putin Qərbin 20-ci əsrin sonlarında Rusiyanın sərvətlərini ələ keçirdiyinə, ona müstəmləkə kimi baxdığına diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR