Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyə dəvət edib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Qeyd edilib ki, rəsmi dəvət dövlət başçıları arasındakı telefon danışıq zamanı edilib.
BRİKS-ə üzv ölkələrin başçıları diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığın inkişafı məqsədilə 22-24 oktyabrda Rusiyanın ev sahibliyi ilə Kazanda görüşəcəklər.
Hazırda BRİKS üzvləri bu ölkələrdir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.