Putin: Onlarla ölkə Sputnik V - vaksinini bizdən almaq istəyir

Putin: Onlarla ölkə Sputnik V - vaksinini bizdən almaq istəyir

Rusiyada dünyada koronavirusa qarşı ilk vaksini – “Sputnik V”-ni qeydiyyatdan keçirən ilk ölkədir.

Rasthaber RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin artıq onlarla ölkənin Rusiyanın koronavirusa qarşı vaksinini almaq və onları birgə istehsal etmək istəklərini ifadə etdiyini bildirib.

“İnanırıq ki, bütün dövlətlərin vətəndaşlarının vaksinasiyaya sərbəst çıxışı olmalıdır”, – deyə o, qeyd edib.

Putin əlavə edib ki, Moskva həmkarları ilə əməkdaşlığı davam etdirərək diaqnostika üçün onlara test-sistemlər və reagentlər təqdim etməyə hazırdır.

Xatırladaq ki, Rusiyada dünyada koronavirusa qarşı ilk vaksini – “Sputnik V”-ni qeydiyyatdan keçirən ilk ölkədir.

Xəbəri paylaş

VİDEOLAR