Putin: Müstəqil Fələstin dövləti yaradılmalıdır

Putin: Müstəqil Fələstin dövləti yaradılmalıdır

Amerikanın “Yaxın Şərq” siyasətinin iflasa uğramasına toxunan Rusiya prezidenti müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məyadin xəbər şəbəkəsinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ilə görüşü başlamazdan öncə Fələstin və işğalçı İsrail arasında davam edən münaqişə haqqında deyib: "Amerika Yaxın Şərqdə kompromisləri monopoliya altına almağa çalışdı, lakin hər iki tərəf üçün məqbul olan orta həllərin yaradılmasına əhəmiyyət vermədi."

Rusiya prezidenti daha sonra deyib: "Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, Yaxın Şərqdəki yüksək gərginlik Amerikanın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir.

Fələstin-İsrail münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarı yerinə yetirilməlidir."

Xəbəri paylaş

VİDEOLAR