Putin Medvedevi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.