Putin İranın xarici işlər naziri ilə görüşüb

Putin İranın xarici işlər naziri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Putin İranın xarici işlər naziri Əraqçı ilə görüşündə İrana qarşı təcavüzün heç bir əsasının və bəraətinin olmadığını bəyan edib.

İranın xarici işlər naziri bildirib ki, İsrail və ABŞ-ın İrana hücumu səbəbindən Yaxın Şərqdə gərginlik artmaqda davam edir.

Əraqçı vurğulayıb ki, Tehran ABŞ və İsrailin İrana qarşı hərəkətlərini qeyri-qanuni hesab edir və İran tərəfinin özünü müdafiə etmək hüququ var.

Xəbəri paylaş

VİDEOLAR