Rusiya Putin İsrailin İslam İnqilabının Rəhbərini təhdid etməsi ilə bağlı "Kaş ki, bu ritorika olaraq qalsın" deyib. Putin İranın mübarizəsini dəstəklədiklərini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Putin deyib:
"Biz İranın prezidenti öz qanuni maraqları, o cümlədən nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ uğrunda mübarizəsini dəstəkləyirik".
"Biz İranla gündəlik təmasdayıq" deyən Putin, təxminən 200 rus əməkdaşının yerləşdiyi İranın Buşehr şəhərindəki atom elektrik stansiyasında işlərin davam etdiriləcəyini və personalın təxliyə olunmayacağını bildirib.
Putin bildirib: "Ukrayna və Yaxın Şərqdə baş verən prosesləri və mümkün riskləri nəzərə alsaq, Üçüncü Dünya Müharibəsi ehtimalı artır. Bundan narahatam".