Putin Hizbullahı ciddi siyasi güc adlandırdı

Putin Hizbullahı ciddi siyasi güc adlandırdı

Rusiya prezidenti Vladimir Putin Livandakı bütün siyasi qüvvələrlə kontaktda olduğunu və vəziyyətin qan tökülmədən - dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, o deyib ki, Livanın daxilində baş verən siyasi prosesləri şərh edə bilməz və oradakı heç bir tərəfi dəstəkləmir.

“Bu (kiminsə tərəfini tutmaq – red.), o demək olardı ki, biz mübarizə aparan tərəflərdən birinin tərəfini tuturuq və bu, bizim barışıq üzrə səylərimizin mümkün effektivliyi nöqteyi-nəzərindən qeyri-məhsuldar olardı”, - deyə Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, “Hizbullah”-a qarşı dünyadakı yanaşma fərqlidir və “bu, mənə yaxşı bəllidir”. Putin “Hizbullah”-ı Livandakı ən ciddi siyasi güclərdən biri adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR