Buna “İctimai Fikir” Fondunun keçirdiyi sorğunun nəticələri dəlalət edir.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, rusiyalıların 58%-i Rusiya prezidenti Vladimir Putinə etimadlarını ifadə ediblər.
Buna “İctimai Fikir” Fondunun keçirdiyi sorğunun nəticələri dəlalət edir.
Həmçinin qeyd edilir ki, sorğu iştirakçılarının 29%-i ona inanmır, 13 faizi isə cavab verməkdə çətinlik çəkib.
Üstəlik 61% hesab edir ki, Putin öz postunda yaxşı işləyir. Əks fikirdə olanlar isə 23%-dir. 15% cavab verməkdə çətinlik çəkib.
Sorğu 9-11 oktyabr tarixlərində telefon vasitəsi ilə 18 yaş və ondan böyük olan 4 min insan arasında keçirilib. Statistik xətalılıq dərəcəsi 1,9%-dən çox deyil.