Putin: Bəzi ölkələrin əksinə olaraq, Rusiyada Qurana hörmətsizlik cinayətdir

Putin: Bəzi ölkələrin əksinə olaraq, Rusiyada Qurana hörmətsizlik cinayətdir

Dağıstan Respublikasının Dərbənd şəhərindəki Cümə məscidinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Quranın müsəlmanlar üçün müqəddəs yadigar olduğunu, ona hörmətsizliyin Rusiyada cinayət olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Putin deyib:

"Quran müsəlmanlar üçün müqəddəs əmanət olduğu kimi, bütün insanlar üçün də müqəddəs dəyərdir.

Biz bilirik ki, başqa ölkələrdə fərqli davranırlar, insanların dini hisslərinə hörmət etmirlər və üstəlik bunun cinayət olmadığını deyirlər.

Bizdə bu həm konstitusiyaya, həm də cinayət məcəlləsinə görə cinayət sayılır. Hörmətsizlik və təfriqə salmaq cinayətdir".

Xəbəri paylaş

VİDEOLAR