"Süleymaninin terror yolu ilə qətlə yetirilməsi narahatverici bir durumdur."
Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasim Süleymaninin sui-qəsdinə münasibət bildirərkən deyib.
Fransa prezidenti Emanuel Makronla telefonla danışan Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Bağdadda törətdiyi terror nəticəsində qətlə yetirilən İranlı generalın öldürülməsindən danışıb. O bu terror aktı ilə bölgədəki vəziyyətin çox pislşəcəyini deyib.
Rusiyanın Müdafiə nazirliyi isə ABŞ-ın hücumunu "düşünülməmiş. dar görüşlü addım" kimi dəyərləndirib.
"General Qasim Süleymaninin öldürülməsi şəklində təzahür edən ABŞ-ın dar görüşlü addımları, Qərbi Asiyada hərbi və siyasi vəziyyəti kəskn surətdə pisləşməsinə və bütün beynəlxalq təhlükəsizlik sistemi üçün çox ciddi nəticələrə səbəb olacaq.", -deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.