"ABŞ-ın aviadaşıyıcı eskadranı Hörmüz boğazına daxil olmazdan əvvəl tam yerli PUA-larla müəyyən edilib və izlənilib"
Rasthaber xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Dəniz Qoşunlarının komandanı kontr-admiral pasdar Əlireza Təngsiri 188 ədəd yeni PUA və vertolyotun Sepah-ın dəniz qoşunlarının sılahlanmasına verilməsi mərasimində deyib.
O bildirib ki, ABŞ-ın aviadaşıyıcı eskadranının Sepah-a məxsus yerli PUA-larla izlənilib.
"Bu müşahidə missiyasında "Nimitz" aviadaşıyıcısı və onu müşayiət edən iki esmines, iki ədəd döyüş kreyseri, iki patrul gəmisi və bir ədəd ABŞ-ın sahil mühafizəsi gəmisi də Fars körfəzi və Hörmüz boğazına girməzdən əvvəl müəyyən edilib. Sepah-ın dəniz qüvvələrinin bütün tapşırıqları yerli istehsal olan iranlı pilotsuzların çətiri altında yerinə yetiriləcək və 188 ədəd pilotsuz və helikopterin Sepah-ın dəniz qoşunlarına təhvil verilməsi onlara dəniz və hava missiyalarını birləşdirmək üçün xüsusi bir imkan verəcəkdir.Bu PUA-lar vasitəsilə Fars körfəzi, Hörmüz boğazı və Oman dənizindəki bütün dəniz hərəkətlərini izləmək mümkün olacaq və İranın bu sahədəki imkanları xeyli genişlənəcəkdir.", -deyə Sepah-ın Dəniz Qoşunlarının komandanı qeyd edib.