Postkoronavirus dövründə “Türk Hava Yolları” aviaşirkətin digər aviaşirkətlərlə müqayisədə şansı daha çoxdur.
Rasthaber Azərbaycan Report-a KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin ekspertləri qiymətləndiriblər.
Onlar vurğulayıblar ki, koronavirus pandemiyası dünyada bir sıra sahələrə mənfi təsir etdi: “Həmin sahələrdən biri də beynəlxalq aviaşirkətlərdir".
Ekspertlər hesab edirlər ki, postkoronavirus dövründə bir sıra aviaşirkətlər bazardan çəkiləcək.
Yazıda həmçinin "Türk Hava Yolları"nın digər aviaşirkətlərlə müqayisədə vəziyyətinin daha yaxşı olduğu diqqətə çatdırılıb. Həmçinin Avropa İttifaqı ölkələrinin mərkəzi transfer kimi oynadıqları rol zəifləyəcək.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 260 000-i ötüb. Bunların 578 799 nəfəri sağalıb, 154 714 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.