Pompeo: İraqdakı hücum, İrana verdiyimiz bir cavabdır

Pompeo: İraqdakı hücum, İrana verdiyimiz bir cavabdır

ABŞ XİN rəhbəri Mike Pompeo ABŞ Ordusunun İraqda "Haşdi Şabi"yə hücumlarına münasibət bildirib

 Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ XİN rəhbəri Mike Pompeo “Kataib Hizbullah”ın İraqın Kərkük bölgəsində koalisiya güclərinə aid hərbi bazaya həyata keçirdikləri hücum və ABŞ  Ordusunun hava hücumlarına münasibət bildirib.

“Bu gün İraqda atdığımız addım, prezident Trampın aylardır dediyi kimi, İranın ABŞ hərbçilərinin həyatını təhlükəyə atması durumunda verəcəyimiz dəqiq bir cavab mövzusunda qərarlığımızı göstərməkdir.”, -deyə Pompeo qeyd edib.

Pompeo oxşar olay baş verəcəyi təqdirdə, təkrar cavab verəcəklərini də önə çəkib.

Qeyd edək ki, bir neçə gün öncə  ABŞ koalisiyasına aid Kərkük yaxınlığındakı hərbi bazaya, amerikalılara aid  anbara 8 minamyot raketi ilə hücum həyata keçirilmiş, hücumda "Haşdi Şabi"nin "Kataib Hizbullah" ittiham olunmuşdu.

Xəbəri paylaş

VİDEOLAR