Pompeo dövrü bitir, Tramp onun yerinə adam axtarır

Pompeo dövrü bitir, Tramp onun yerinə adam axtarır

Pompeoya yaxın olan mənbələr vurğulayırlar ki, dövlət katibi hələlik məsələ ilə bağlı yekun qərar verməyib

Rasthaber Azərbaycan-ın "Sputnik"ə istinadlı məlumatına görə, Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonun yerinə namizəd axtarmağa başlayıb.

 "The Washington Post" xəbər verir ki, Pompeo dövlət katibi postunu tərk edib, o, Kanzas ştatından Senat seçkilərində iştirak edə bilər.

Düzdür, Tramp hələ Pompeonun hansı qərarı verəcəyini bilmir.

Nəşr iddia edir ki, Vaşinqtondan olan bir çox məmurlar artıq dövlət katibi postuna iddia etməyə başlayıblar. Ehtimal olunur ki, dövlət katibi postunu prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, maliyyə naziri Stiven Mnuçin və ya ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell tuta bilər.

Pompeoya yaxın olan mənbələr vurğulayırlar ki, dövlət katibi hələlik məsələ ilə bağlı yekun qərar verməyib.

Xəbəri paylaş

VİDEOLAR