Varşava yaxınlığındakı hava limanında SkyDive Aviasiya Klubuna məxsus Cessna 208 təyyarəsi eniş zamanı anqara çırpılıb.
Az.rasthaber.com xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Axtarış-xilasetmə qrupları itkin düşən 2 nəfərin tapılması üçün işləri davam etdirir.
Qəza Krisinno hava limanında baş verib. Təyyarənin pis hava şəraiti səbəbindən idarəetməni itirdiyi və anqara çırpıldığı bildirilib. Anqarda güclü yağışdan qorunmaq istəyənlər çox olub. Bu, qəzanın təsirini daha da artırıb.
Təyyarədə və anqarda neçə nəfərin olduğu hələlik bəlli deyil. Rəsmilər ölənlərin sayının arta biləcəyini bildirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.