PKK-YPG Afrinə raket atdı: Ölənlər var

PKK-YPG Afrinə raket atdı: Ölənlər var

Mәlumata görә, terrorçular Afrinә 6 raket mәrmisi atıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Suriyanın Tel Rıfat qәsәbәsindәki mövcudluğunu davam etdirәn separatçı terror tәşkilatı YPG/PKK-nın Afrin qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә 6-ı uşaq olmaqla 10 mülki vәtәndaş hәyatını itirib.

YPG/PKK terrorçuları 2019-cu ilin 22 oktyabr tarixindә Türkiyә ilә Rusiya arasında әldә olunan müqavilәyә baxmayaraq Tel Rıfat qәsәbәsindәki mövcudluğunu davam etdirir.

Mәlumata görә, terrorçular Afrinә 6 raket mәrmisi atıb. Raket mәrmilәrinin mülki yaşayış mәntәqәlәrinә dә ciddi zәrәr verdiyi bildirilib.
Afrin qәsәbәsi ‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnsә dә, YPG/PKK terrorçuları qәsәbәnin cәnub-şәrqindәki Tel Rıfat bölgәsindәki mövcudluğunu davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR