PKK terrorçuları Türk Ordusuna təslim oldular

PKK terrorçuları Türk Ordusuna təslim oldular

Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 5 terrorçu təslim olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 5 terrorçu təslim olub.

Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, İraqın şimalındakı düşərgələrindən qaçan 5 PKK terrorçusu Silopi bölgəsinə keçərək Türkiyənin təhlükəsizlik orqanlarına təslim olublar.

Qeyd edək ki, terrorçulara qarşı tətbiq olunan güc PKK daxilində çaxnaşma yaradıb. Bu amil, o cümlədən aparılan təbliğat işləri sayəsində çoxlu sayda terrorçu PKK düşərgələrindən qaçaraq təslim olub.

Xəbəri paylaş

VİDEOLAR