İraqın şimalında terror təşkilatı PKK-ya məxsus silahlar, döyüş sursatları və yaşayış materialları ələ keçirilib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, İraqın şimalında terror təşkilatı PKK üçün axtarış və araşdırma işləri davam edir.
Avaşin-Basyan bölgəsində axtarış, yoxlama, kəşfiyyat və nəzarət fəaliyyəti aparan komandolar terror təşkilatına məxsus çox sayda silah və sursat aşkarlanıb.
Terror təşkilatı PKK-ya məxsus 5 mağara və sığınacaq yerin də daxil olmaqla 4 AK-47 piyada tüfəngi, M-16 piyada tüfəngləri, RPG-7 raketvuran, 7 əl istehsalı bomba, 47 AK-47 sursat və müxtəlif yaşayış materialı ələ keçirilib.