Türk Ordusu PKK-nın qadın liderini zərərsizləşdirib
Türkiyə hərbçiləri PKK terror təşkilatına qarşı mübarizədə ciddi uğur əldə ediblər.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki,terror təşkilatının qadın hərbi qanadının rəhbəri Halide Tarı öldürülüb.
Məlumata görə, Tarı Milli İstihbarət Təşkilatının və Silahlı Qüvvələrin İraqın şimalındakı Qəndil dağında keçirdiyi əməliyyat zamanı öldürülüb. Tarı hələ martın 9-da keçirilən əməliyyat zamanı öldürülsə də, xəbər bu gün verilib.
Halide Tarı 2018-ci ildən PKK-nın mülki şəxsləri terror təşkilatına cəlb etməyə cavabdeh olub. O, Türkiyə tərəfindən qırmızı kartla axtarılıb.
#Turkey 'neutralizes' senior #PKK #terrorist in #Qandil, N. #Iraq
— ANADOLU AGENCY (ENG) (@anadoluagency) March 20, 2020
*Halide Tari was neutralized in a joint operation conducted by #TurkishIntelligence (#MIT) and armed forces (#TAF)https://t.co/FNsgBIbwO2 pic.twitter.com/I2ZAG4Cgqg