İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümündə İran xalqının bu gündə tiran və zalımları ölkədən qovduğunu bəyan edib və deyib: Tramp danışıqlar aparmaq iddiasındadır, lakin eyni zamanda İrana qarşı sui-qəsd sənədini imzalayır.
Az.rasthaber.com xəbər verir ki, bu gün, bazar ertəsi, 2025-ci il fevralın 10-da Tehranın Azadi meydanında İslam İnqilabının Qələbəsinin 46-cı ildönümünə həsr olunmuş yürüş iştirakçılarının toplantısı qarşısında Məsud Pezeşkiyan vurğuladı: Tramp danışmaq istədiyini deyir, eyni zamanda o, İrana qarşı bütün mümkün sui-qəsdləri imzalayır və bəyan edir bölgənin təhlükəsizliyini alt-üst etdiyi halda, İsrail ABŞ-ın dəstəyi ilə təhlükənin əsas səbəbkarıdır və məzlum Qəzza xalqı, Livanı, Suriyanı, İranı və istədiyi yeri bombalayır.
Pezeşkiyan daha sonra deyib: Beynəlxalq Haaqa Məhkəməsi soyqırım törədən sionist hökumətin başçısına qarşı cinayət elan edib, lakin sülh və əmin-amanlıq iddiasında olan Amerika prezidenti bu cinayətkarı müdafiə edir və beynəlxalq məhkəməyə qarşı tədbir görür.
O, sözlərinə belə davam etdi: Biz İslam inqilabı ilə və ölkəmizi haqq və ədalətə qovuşdura biləcəyimizə inanaraq ayağa qalxdıq, düşmənlər ilk gündən etnik qruplar, fraksiyalar və firqələr arasında qarşıdurma yaradaraq və öz fitnələri ilə xidmətə gələn 18 min gəncin həyatına son qoydular ki, biz inqilabın, sistemin və rəhbərliyin hədəflərinə nail ola bilməyək.
Pezeşkiyan davam etdi: İranın düşmənləri və bədxahları hələ də ölkəmizdə ixtilafları qızışdırmağa çalışırlar, insanların beyninə İranın zəif olduğu inancını aşılamaq istəyirlər və deyirlər ki, bu gün ölkəyə hücum etmək üçün ən yaxşı vaxtdır, lakin onlar xəbərsizdirlər ki, inqilab rəhbərinin yol göstənliyi ilə və daima səhnədə fədakarlıqla iştirakı ilə bütün bu röyalarını və arzularını qəbirə aparacaqlar.