İran prezidenti Məsud Pezeşkian Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, görüş zamanı Pezeşkian bildirib ki, İran hökuməti atom proqramı ilə bağlı şübhələri aradan qaldırmağa hazırdır.
Pezeşkian bildirib:
"Dəfələrlə vurğuladığımız kimi, İran Rəhbərin (Xameneinin) açıq-aydın fətvasına əsaslanaraq heç vaxt nüvə silahı istehsal etməyə cəhd etməyib və etməyəcək. Heç kəsin bu siyasətdən kənara çıxmasına icazə verilməyəcək".
Qrossi isə Pezeşkiyanın prezidentlik müddətinin Agentliklə əməkdaşlıq üçün müsbət bir dövr olacağına inandığını ifadə edərək, İranla nüvə müzakirələrində 'nəticələrin' əldə edilməsinin Qəzza və Livanda yeni qarşıdurmanın qarşısının alınmasında həyati əhəmiyyət kəsb etdiyini bildirib.
Bundan əlavə, Qrossi qeyd edib ki, İran və Agentlik arasında əməkdaşlıq İranın nüvə fəaliyyətləri ilə bağlı şübhələri aradan qaldıracaq.