Prezident dünyada sülh və təhlükəsizliyin müharibə və qan tökülməsini əvəz etməli olduğunu vurğulayaraq deyib: “İran dünya mediasının göstərdiyi kimi deyil və biz bütün dünya ilə sülh və təhlükəsizlik şəraitində yaşamağa hazırıq.”
Az.rasthaber.com xəbər verir ki, Nyu-York vaxtı ilə səhər saat 8:30-da doktor Məsud Pezeşkiyan amerikalı media rəhbərləri ilə görüşdə deyib: “Ölkəyə, regiona, dünyaya baxışımız şəffaf və aydındır. İranda seçkiyə qatılanda şüarım birlik və vəhdət olub, çünki biz ilk növbədə ölkədəki fikir ayrılıqlarını həll etməliyik.”
İranın bütün iranlılar üçün olduğunu vurğulayan Prezident deyib: “Hansısa qrupa, cinaha bağlı olmadığım üçün insanlar xoş qarşıladılar, səs verdilər. Heç bir cinaha bağlı olmamağımıza baxmayaraq, xalqın səsi bizi bu vəzifəyə gətirdi.”
Pezeşkiyan əlavə edib: “Beynəlxalq münasibətlərdə bizim prioritetimiz qonşularımızdır. Hədləri və təhlükəsizliyi qorumaqla bir-birimizlə anlaşmalıyıq, hər birimizin daxili təhlükəsizliyinə xələl gətirən hərəkətin qarşısını almalıyıq.”
“Dünya ilə də oxşar münasibətimiz olacaq. Bizim dünya ilə sağlam və bərabərhüquqlu münasibətimiz var. İnanırıq ki, dünyada sülh və əmin-amanlıq müharibə və qan tökülməsini əvəz etməli və insanlar bir-birini öldürməməlidir” - deyə, Prezident qeyd edib.
Ölkəmizdə birlik, vəhdət ardınca olduğunu bəyan edən Pezeşkiyan deyib: “Cinah, cins və etnik mənsubiyyətdən uzaq idarəçilikdə bu məsələni izləyəcəyik.”
Prezident daha sonra deyib: “İnanırıq ki, ölkəmizdə haqq-ədalətlə hərəkət etsək, ölkəni düzəldərik. Dünya ilə, xüsusən də bizim haqqımızda yersiz sima yaradan ölkələrlə eyni planı aparacağıq.”
Pezeşkiyan bildirib: “Biz dünya mediasının İranla bağlı göstərdiyi kimi deyilik. Nəticədə biz bütün dünya ilə sülh və əmin-amanlıq içində yaşamağa hazırıq və gərginlik ardınca deyilik.”
Prezident vurğulayıb: “Biz bura mesajımızı dünyaya yaymaq üçün gəlmişik. Bu bizim ürəkdən olan inancıdır. Mümkün qədər daxili və xarici harmoniya göstərməyə çalışırıq.”