Pezeşkiyan: Beynəlxalq qanunlara əsasən, İsrailə cavab vermək hüququ qorunur

Pezeşkiyan: Beynəlxalq qanunlara əsasən, İsrailə cavab vermək hüququ qorunur

İran Prezidenti İran İslam Respublikasının müharibədən çəkinmək, dünya sülhü və təhlükəsizliyinin təşviqində prinsipial mövqeini vurğulayaraq, sionist rejimin qadın və uşaqları qətliam etmək hərəkətlərini, eləcə də bu rejimin ölkəmizin qonağına qarşı terror aktı kimi cinayət əməlini bütün humanist və hüquqi prinsiplərə zidd hesab edib.

Az.rasthaber.com xəbər verir ki, Məsud Pezeşkiyan bu gün, bazar ertəsi günortadan əvvəl Vatikanın Baş naziri kardinal Pietro Parolinin telefon zənginə cavabında Vatikanın dünyada sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasının dəstəklənməsi istiqamətindəki mövqelərini yüksək qiymətləndirərək, sionist rejimin Qəzzədəki cinayətlərinin dərhal dayandırılması, bu ərazinin blokadasının götürülməsi, beynəlxalq qurumlar və insan haqları təşkilatları ilə məsləhətləşmələr yolu ilə əhaliyə yardımın təmin edilməsi üçün Vatikanı daha fəal rol ifa etməyə çağırıb.

 

İran Prezidenti Qəzzənin məzlum qadın və uşaqlarına qarşı soyqırım və qətliamları, region ölkələrində törədilən qorxaqcasına terror aktlarını, qaçqınların sığındığı xəstəxana və məktəblərə hücumu sionist rejimin cinayət əməllərini bir hissəsi hesab edərək deyib: “Tam inamsızlıq və təəssüflə, aradan 10 ay keçməsinə baxmayaraq, nəinki xalqların bu rejimi Qəzzədə misli görünməmiş cinayət və qətli dayandırmağa məcbur edəcəyi gözləntiləri cavabsız qalıb, üstəlik, Amerika və bəzi qərb ölkələri öz dəstəyi ilə, həmçinin beynəlxalq təşkilatlar öz susqunluğu və passivliyi ilə sionist rejimi bu cinayəti, soyqırımı və terroru törətməyə təşviq ediblər.”

 

Pezeşkiyan İran İslam Respublikasının müharibə və qan tökülməsini sevməmək və bunun qarşısını almaqda, habelə qlobal sülh və təhlükəsizliyin təşviqində əsas mövqelərini vurğulayıb, sionist rejimin qadın və uşaqları qətlə yetirməsi, xəstəxana və məktəblərə hücumu ilə bağlı hərəkətlərini, həmçinin bu rejimin ölkəmizin qonağına sui-qəsd təşkil edən cinayət əməlini bütün humanist və hüquqi prinsiplərə zidd hesab edərək deyib: “Bütün beynəlxalq qayda-qanunlara əsasən, təcavüzə məruz qalan ölkənin özünü müdafiə və təcavüzkara cavab vermək hüququ vardır.”

Xəbəri paylaş

VİDEOLAR