İran Prezidenti Məsud Pezeşkian İranın Ali Dini Lideri Ayətullah Xameneinin salamını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Bakıda Azərbaycan və İranın yüksək səviyyəli heyətlərinin iclasında çıxış edərək, Azərbaycan rəsmilərinə İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin isti salamlarını çatdırıb.
Prezident Pezeşkian bildirib ki, İran İslam Respublikası daim Azərbaycan xalqının hüquqlarını dəstəkləyib və Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu bildirir.
O, Bakı səfərindən məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan Respublikasında olmaqdan qürur duyuram. Qardaş və dost ölkənin rəsmiləri ilə bir arada olmaq mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, bu səfər və daha əvvəlki mütəxəssis sessiyalarında əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.
Məsud Pezeşkian İran və Azərbaycan xalqları arasında tarixi, mədəni bağlara da diqqət çəkib: “Bu dərin əlaqələr regional əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır”.
Prezident əlavə edib ki, İrandan olan yüksək səviyyəli heyətin Bakıya səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində ciddi iradənin göstəricisidir.