İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar məsələsinə dair suala Azərbaycan dilində şeirlə cavab verib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pezeşkian müzakirələrə qarşı olmadığını, lakin hər şərtlə danışıqlar aparmayacaqlarını deyib.
“Əvvəlcə sanksiya qoyub, sonra da silahlarımızdan əl çəkməyimizi istəyərək təzədən müzakirələr haqda danışa bilməzlər”, – deyə Pezeşkian bildirib.
O, ABŞ-ın təzyiq siyasətinə azərbaycanca olan bir şeirlə cavab verib:
“Keçmə namərd körpüsündən,
Qoy aparsın sel səni,
Yatma tülkü daldasında,
Qoy yesin aslan səni“.
“Təhdidlərlə bizi istədikləri hər şeyi etməyə məcbur edəcəklərini düşünürlər. Bu, elə deyil“, – deyə əlavə edib və vurğulayıb ki, “təzyiq altında əsla boyun əyməyəcəyik”.
ABŞ və İsrail təhdidləri barədə də danışan Pezeşkian deyib ki, İsrailin arxasında ABŞ durur deyə bəziləri ondan qorxular, “lakin biz qorxmuruq və qormayacağıq da. Bizə də elə bu yaraşır!“.