Peyvəndə qarşı olan həkimlər cəzalandırıldı - Belçikada...

Peyvəndə qarşı olan həkimlər cəzalandırıldı - Belçikada...

Belçikada yeni tip koronavirus (Covid-19) peyvəndinə qarşı çıxışlar edən 15 həkimə 1 aydan 2 ilə qədər vəzifələrindən məhrumolma cəzası verilib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki,   Belçika Təbiblər Birliyi 2021-ci ildə xəstələrdən və digər həkimlərdən gələn şikayətlərə əsasən, peyvənd əleyhdarı 15 həkimi vəzifəsindən kənarlaşdırma qərarı verib.

Birlik bu həkimlərin 1 aydan 2 ilə qədər dəyişən müddətlərdə vəzifələrindən məhrum etdi, bəzilərinə isə qınama cəzası tətbiq edib.

  Qərarda qeyd edilib ki, tibbi etik qaydalara riayət edilməli, peyvəndlər tövsiyə edilməli, bununçün həkimlər mühüm rol oynayaraq vəzifələrini yerinə yetirməli, elmə qarşı məlumatların yayılmasına qarşı çıxmalıdırlar.

Xəbəri paylaş

VİDEOLAR