Peyğəmbərin (s.ə) Besəti və Həzrət Mehdi (ə.f)

Peyğəmbərin (s.ə) Besəti və Həzrət Mehdi (ə.f)

Şeyx Səbahətdin Türkyılmaz sonuncu cümə xütbəsində Besətin mesajı və Həzrət Mehdinin (ə.f) zühurundan bəhs edib

Rasthaber Azərbaycan xəbər verir ki, Berlin İmam Rza (ə) İslam Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz sonuncu cümə xütbəsində Besətin mesajı və Həzrət Mehdinin (ə.f) zühurundan bəhs edərək aşağıdakı mövzulara diqqət çəkib:

“Bismillahir Rəhmanir Rəhim

 

وَلَقَدْ بَعَثْنَا ف۪ي كُلِّ اُمَّةٍ رَسُولاً اَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَۚ        

 

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə peyğəmbər göndərdik” (Nəhl 36)

Rəcəb ayının 27-si Besət bayramıdır. Həzrət Muhəmməd Mustafanın (s.ə.a) peyğəmbərliyə təyin edildiyi gündür.

Qurani Kərimdə Besətin fəlsəfəsini iki cümlə ilə xülasələşdirilir -  “Allaha əbd olmaq və tağıtlardan uzaq olmaq.”

Bəşər var olduğu gündən bəri dünyada iki paradiqma var; bəşəri paradiqma və ilahi paradiqma. Yəni insanlığı hədəfə çatdıracaq iki layihə.

İlahi paradiqma, Besətin mesajı “Allaha əbd olmaq” ilə başlayan Həzrəti Mehdinin (ə.f) vilayətilə insanları xəlifətullah məqamına çatdıracaq sistemdir. Bu paradiqmanın mərkəzində ubudiyyət – Allaha əbd olmaq vardır.

Besətin ikinci mesajı tağutlardan uzaq olmaqdır, bəşəri sistemləri rədd etməkdir. Bu ikinci bölüm bəşəri paradiqmanı təşkil edir.

Yəni ilahi paradiqmanın önündə ən böyük əngəl “tağutlardan çəkinin” ilə bəyan edilən tağutların varlığıdır.

Tağutların paradiqması isə bu gün dünyaya hakim olan bəşəri sistemlərdir; iqtisadiyyatı ilə, mədəniyyətilə, hüququ ilə, siyasətilə, silahı ilə hakim olmaq istəyi tağutun hegemoniyasıdır.

Bu iki paradiqma bir-birini çox yaxşı tanıyır; ikisi də dünyaya talib və insanları istədikləri hədəfə çatdırmaq üçün qloballaşma prosesinin tamamlanmasını gözləyirlər.

Besətin günümüzdəki adı - Mehdilikdir. Besətin sahibi də, təmsilçisi də Həzrət Mehdidir (ə.f).

Mehdilik tanınmalı və tanıtılmalıdır. Həzrət Mehdinin (ə.f) zühurunun əzəməti bəyan edilməlidir.

Zühurun böyüklüyünü anlamaq üçün “qlobal sionist layihə”nin nə olduğunu dərk etmək lazımdır.

Həzrət Mehdi (ə.f) inqilabını ən yaxşı anlayan və ona qarşı tədbirini almağa çalışan rəqib və alternativi olan bəşəri paradiqmadır.

Bu iki paradiqma bir-birinin düşməni və alternatividir.

Allaha qul olmaq/ ubudiyyət -  Tağuta itaət ilə üst-üstə düşməz, birlikdə qardaşca yaşaya bilməzlər.

Həm Həzrət Mehdinin (ə.f) zühurunu istəyəcəksən, həm də taputlarla – bəşəri sistemlərlə birlikdə olacaqsan – bu paradoksdur.

Bunu bəşəri paradiqma öndərləri də bilirlər. Besəti – Mehdiliyi özləri üçün təhlükə görürlər.

İlahi paradiqma, tağutları narahat etmirsə demək ki, “Besətin dərinliyi”, “Mehdiliyin missiyasının əzəməti” bəyan edilməmişdir.

Bu günlərdə qlobal dəyişikliklərin olacağı teoriyalarını dilə gətirirlər.

Bəşəri paradiqma Həzrət Mehdinin (ə.f) universal ədalət dövlətinin qarşısında sınaq keçirir.

İlahi paradiqmanın plan və layihəsi həyata keçmədən öz ön hazırlıqlarını edirlər; psixoloqlar, sosioloqlar, hüquqşünaslar, siyasətçilər, iqtisadçılar öz layihələrinin sınağını müşahidə edirlər; müvəffəqiyyət faizi, təsiri, reaksiyalar, çatışmamazlıq, mənfi və müsbət yönlərini incələyirlər.

Hazırlıqları və yoxlamaları bitdikdən sonra dünya bu halından çıxacaq bir müharibəyə hamilə olacaqdır.

Besəti məscid və salonlarda qeyd edə bilməyən möminlər sosial mediada Besətin günümüzdəki təcəlləsinin Mehdilik olduğunu insanlara çatdırmalıdırlar.

Rasthaber Berlin"

Xəbəri paylaş

VİDEOLAR