Rusiya prezidentinin mətbuat katibi Azərbaycan-Ermənistan sərhədindəki Mi-24 ilə bağlı insidentə münasibət bildirib.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Azərbaycan və Ermənistan sərhədində Rusiyanın Mi-24 vertolyotu ilə bağlı hadisə haqda danışıb.
O, məlum insidenti Rusiyanın 2 hərbçisinin həlak olması ilə nəticələnən “müsibət və faciə” adlandırıb.
“Sözügedən halda məlumdur ki, azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın hadisələrin qərəzsiz araşdırmasını həyata keçirməyə və günahkarları cəzalandırmağa hazır olduğunu bəyan etməsi bu üzrxahlıqları qəbul etməyə imkan verdi”, - deyə Peskov qeyd edib.
Xatırladaq, Azərbaycan bu insidentin təsadüf nəticəsində baş verdiyini bəyan edib və öz üzrxahlıqlarını dilə gətirib.