Rusiya prezidentinin sözçüsü Dmitri Peskov sanksiyaları Rusiya və İranın suverenlikləri üçün ödəməli olduqları bədəl adlandırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Kremlin sözçüsü bunu İran radio və televiziyasına müsahibəsində deyib.
O xatırladıb ki, SSRİ dövründən ölkəyə qarşı müxtəlif məhdudiyyətlər tətbiq edilib, onların ümumi sayı minlərlədir.
Bir müddət öncə Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin “Rusiyanın şərtləri” ilə həll olunacağı təqdirdə Moskvaya qarşı tətbiq edilən sanksiyaların aradan götürülməyəcəyini bildirib.